Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 1 mart 2013-cü il tarixinə ümumilikdə 17 422 kq qızıl (560 145 troya unsiyası) alıb. Bu barədə ARDNF-in məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF 2012-ci il fevralın 1-dən fondun aktivlərinin diversifikasiyası çərçivəsində qızılın alınmasına başlayıb.
Fondun məlumatına görə, cümə günü Britaniyanın "Brinks Global” şirkəti tərəfindən 1 ton qızıl (32 150 troy unsiyası) Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.
“Bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı 3 ton (96 450 troya unsiyası) təşkil edib”, - deyə məlumatda vurğulanır.
ARDNF alınmış qızılın həcmini 2014-cü ilədək 30 tona çatdırmağı planlaşdırır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
1 yanvar 2013-cü il tarixinə ARDNF-in aktivləri $34 mlrd. 129,4 mln. təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət