“Azəryolservis” ASC Ələt-Astara və Masallı-Cəlilabad avtomobil yolu qovşağının tikintisinə dair podratçı xeçiminə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Tenderin şərtlərinə görə, işlərə Cəlilabad stansiyası yaxınlığında yol qovşağından Masallı şəhərinin cənub hissəsinə qədər uzunluğu 32,2 kilometr avtomobil yolunun tikintisi daxildir. Tikinti işlərini il yarım ərzində başa çatdırmaq planlaşdırılır.
Tikinti işlərinin Asiya İnkişaf Bankının (AİB) krediti hesabına maliyyələşdirildiyindən seçim prosedurları AİB əsasında keçirilir.
Tenderdə iştirak üçün aşağıdakı şirkətlər buraxılır: son 3 il ərzində illik dövriyyəsi ən azı $180 mln. məbləğində olan; son 5 il ərzində dəyəri $150 mln.-dan az olmayan ən azı iki analoji layihənin icrası təcrübəsi; avtomobil yolları, körpülərin tikintisi təcrübəsi.
Tenderdə iştirak dəyəri – 200 manat və ya $250.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 2013-cü il aprelin 30-dək təqdim etməlidir.
2008-ci ildə AİB $500 mln. məbləğində yol sektorunun inkişafının kreditləşdirilməsi proqramını təsdiq edib. Bu məbləğdən $200 mln. Masallı-Astara avtomobil yolunun tikintisinə sərf edilir.
2012-ci ilin iyulunda Nəqliyyat Nazirliyi və AİB Masallı-Astara (Azərbaycanın cənubu) magistral yolunun 39-cu kilometrlik hissəsinin tikintisinə dair kredit sazişi imzalayıb. Kredit $500 mln. məbləğində çoxtranşlı mexanizmin üçüncü tranşıdır.
Azərbaycan 1999-cu ildən etibarən AİB-in üzvüdür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət