“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan işlənmə müddətinə başlanandan etibarən bütün dövr ərzində (1997-ci ilin noyabr ayı - İF) 296 mln. ton neft hasil edilib. Bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə axşamı Bakıda “BP Group”un texnologiyalarının sərgisində bəyan edib.
“AÇQ blokundan indiyə qədər 296 mln. ton neft hasil edilib. Bunun 151 mln. ton neft Azərbaycanın gəlir neftinin payına düşür”, - deyə X.Yusifzadə çıxışında bildirib.
Onun sözlırinə görə, “BP” Azərbaycanda fəal fəaliyyət həyata keçirir.
Bununla yanaşı o vurğulayıb ki, neft hasilatında yalnız yaxşı zamanlar olmur, elə zaman olur ki, hasilat həcmi azalır. “Son iki il ərzində “BP” bu problemlərlə üzləşib”, - deyə o qeyd edib.
X.Yusifzadə əlavə edib ki, son aylarda aparılan işlər nəticəsində “BP” AÇQ-da neft hasilatını sabitləşdirməyə müvəffəq olub. Lakin, buna baxmayaraq, bəzi məsələlər açıq qalır. Xüsusilə də, qum tıxacları, quyuların su çıxartmalı kimi quyulardan hasilatın dyandırılmasına səbəb olur. Bundan başqa, ümumilikdə müəyyən çətinliklər qazma əməliyyatlarına da maneə törədir. O cümlədən, quyulara su doldurulması zamanı problemlər yaranır.
“Quyulara su və qaz doldurulması - çox yaxşıdır, çünki hasilat həcmlərinin artımına imkan verir. Lakin bu prosesə nəzarət etmək lazımdır. Əsasən quyuya sutkada 30 min kubmetr qaz doldurulur. Lakin bu qazın bir hissəsi istifadəsiz qalır və lazımi nəticə vermir. Su doldurulması barədə bunu demək mümkündür. 35 min kubmetr doldurulan suyun 25 min kubmetri produktivdir”, - deyə o qeyd edib.
X.Yusifzadə vurğulayıb ki, “BP” bu problemlərin aradna götürülməsi istiqamətində işə başlayıb. Azərbaycanda “BP Group”un texnologiyalarının sərgisi həmçinin bu məsələlərin həllinə yönəlib.
O həmçinin qeyd edib ki, “BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyədə regional prezidenti vəzifəsinə Qordon Birrelin təyinatı ilə şirkətin fəaliyyətində böyük dəyişikliklər baş verib. Şirkət “mövcud problemlərin həllində kompleksli yanaşma həyata keçirməyə başlayıb”
“Son iki il ərzində mövcud problemlərin bir daha təkrar edilməməsi üçün birgə çalışmalıyıq”. – deyə o əlavə edib.
Q.Birrel öz növbəsində qeyd edib ki, “BP Group” illik kəşfiyyat və hasilata dair texnologiyalara (tədqiqat, təkmilləşmə və test daxil olmaqla) $0,5 mlrd. xərcləyir. Bunun 10%-i Azərbaycanın payına düşür.
“Biz Bakıya “BP”nin dünyada çalışan bir qrup ekspertini dəvət edib. Onlarla AÇQ və “Şahdəniz” yataqlarının işlənməsi məsələləri müzakirə edilir. Bu qrup “BP”nin ən yeni texnologiyaları barədə məlumat verəcək. Onların bir hissəsi Azərbaycanda işlər zamanı istifadə oluna bilər. Xüsusilə, bu seysmik göstəricilərin tərtibi, “Şahdəniz” yatağının dərin laylarının işlənməsi və “Şəfəq-Asiman” yatağının kəşfiyyatı üçün texnologiyalardır”, - deyə o qeyd edib.
“Neft hasilatı ilə problemlərin həlli üçün biz yalnız SOCAR ilə deyil. Həmçinin Azərbaycanın digər nazirlik və idarələri ilə işləməliyik”, - deyə o əlavə edib.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin işlənməsinə dair müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
2012-ci ildə Azəri, Çıraq və Günəşli yatağlarından 32,9 mln. ton neft hasil edilib, bu isə 2011-ci ilin göstəricisindən 7,1% azdır.
Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağından 2005-ci ilin fevralından, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktybarın 31-dən həyata keçirilir. 2008-ci ilin aprelindən isə “Günəşli” yatağıın dərin sulu hissəsində hasilat aparılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət