Azərbaycanda fəaliyyət göstərən 135 yanacaqdoldurma məntəqədə xüsusi nəzarət kassa aparatları quraşdırılıb. Bu barədə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi Habil Məmmədov məlumat verib.
Xəbər verildiyi kimi. Nazirlər Kabinetinin qərarına əsasən 2012-ci il yanvarın 1-dən Azərbaycanda yanacaqdoldurma məntəqələri yeni kassa aparatları ilə təchiz olunmalıdır.
“Xüsusi nəzarət kassa aparatları Azərbaycanda 135 yanacaqdoldurma məntəqədə quraşdırılıb. Bu məntəqlərdə ümumilikdə 329 kassa aparatı quraşdırlıb”, - deyə H.Məmmədov çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində xüsusi nəzarət kassa aparatlarının quraşdırılması onların real dövriyyəsinin müəyyən edilməsi üçün bu məntəqələrin fəaliyytinin şəffaflığını təmin etməyə imkan verib. “Əgər əvvəl məntəülərdə operatorun qəbz vurmadığı hallarla qarşılaşırdıqsa, o zaman yeni nəzarət kassa aparatları tamamilə bu problemi aradan qaldırırb. Bu səbəbdən bu gün Vergilər Nazirliyi kassa qəbzlərinin vurulmadığına görə YDM-lərə qarşı cərimə sanksiyaları tətbiq etmir, çünki bu cür hallar istisna edilir”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, YDM-də quraşdırılan kassa aparatları xüsusi konstruksiya və texniki xarakteristikaya malikdir. Onlar xüsusilə qəbz vurulmadığı halda neft məhsulları və qazın verilməsini blokada edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət