BP-Azerbaijan Cənubi Qafqaz boru kəmərinin( Bakı-Tbilisi-Ərzurum) genişlənməsi layihəsinin ətraf və sosial mühitə təsirinin öyrənilməsi üzrə ilkin hesabata (OBOS) dair təklif və tövsiyələrin qəbulunu 2013-cü il martın 29-da başa çatdıraq.Bu barədə layihə üzrə menecer Pol Saderlend bazar ertəsi Bakıda OBOS üzrə ictimai dinləmədə məlumat verib.
“OBOS layihəsi üzrə təklif və tövsiyələrin qəbulu martın 29-da başa çatacaq.Bu vaxta qədər Bakı, Kürdəmir, Yevlax, Gəncə və Ağstafada ictimai dinləmələr aparılacaq”,- deyə o söyləyib.
Bunlar nəzərə alınmaqla OBOC layihəsinin son variantı hazırlanacaq və 2013-cü ilin ortalarında Azərbaycan Hökumətinə təqdim olunacaq.
2013-cü ildə torpaqların alınması üzrə danışıqlar başlanacaq.Bu proses 2014-cü ilə qədər başa çatdırılacaq. Tikinti işlərinə hazırlıq (tikinti düşərgələrinin yaradılması, avadanlığın quraşdırılması üçün meydancaların hazırlanması və s.) 2014-cü ilin sonuna qədər yerinə yetiriləcək. Boru kəmərinin tikintisi 2015-ci ilin əvvəi və ya ortalarında başlayacaq, 2017-ci ildə sona çatdırılacaq”,-deyə məlumatda bildirilir.
Məlumatda o da bildirilir ki, qaz kəməri istifadəyə verildikdən sonra onun istismar müddəti 30 il təşkil edəcək.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “Lukoil” (10%), “NICO” (10%), “TOTAL” (10%) və “TPAO” (9%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində qaz hasil olunur. “Mərhələ-1” çərçivəsində 178 mlrd. kubmetr qazın və 34 mln. ton kondensatın hasilatı nəzərdə tutulur.
`“Mərhələ-1” çərçivəsində Türkiyə, Azərbaycan və Gürcüstan arasında qaz satışına dair sazişlər imzalanıb. Azərbaycan qazının Türkiyəyə ixracı üçün 690 km uzunluğunda (442 km Azərbaycan, 248 km Gürcüstan ərazisində) Cənubi Qafqaz qaz kəməri inşa edilib.
2012-ci ildə “Şahdəniz” layihəsi çərçivəsində xərclər $1 mlrd. 551,5 mln. həcmində planlaşdırılır. Bunun $211,5 mln.-nu istismar, $1,34 mlrd.-nı əsaslı xərclər təşkil edəcək.
Uzunluğu 690 km olan Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün çəkilib.
Mərhələ-2 iki yeni platforma və 26 sualtı quyunun qazılmasını, 550 metr dərinlikdə 500 kilometr sualtı boru kəmərinin salınmasını, Səngəçal terminalının genişləndirilməsini, əlavə 16 mlrd.qaz nəqlinin təmin edilməsi üçün Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və Avropaya qaz nəqli üçün 4000 km uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət