Dünya Bankı Avrasiya şəhərlərinin inkişafına yönəlmiş tədbirlər görülməsini tövsiyə edir. Bankın “Avrasiya şəhərləri.İpək yolu: yeni reallıq” adlı məruzəsində belə bildirilib.
“Bir zamanlar Böyük İpək yolu üzərində yerləşmiş çiçəklənən Avrasiya şəhərləri min il sonra bazar iqtisdiyyatı şəraitində rəqabətədavamlı olmaq üçün yenidən təşkil olunmalı və iqtisadi artımın aparıcı güçünə çevrilməlidirlər.Yeni məruzədə bildirilir ki, iqtisadi siyasəti hazırlayanlar şəhər planlaşdırılmasında rabitə, ekologiya və maliyyələşdirilməni təkmilləşdirmək yolu ilə şəhərlərin yenidən qurulmasına kömək etməlidirlər”.
“Mərkəzi planlaşdırma orqanları ictimai nəqliyyatdan və istilik təchizatı şəbəkələrindən, su təchizarı sistemlərindən demək olar ki, hər yerdə istifadəni asanlaşdırmaqla, sosial birləşmiş icmalar yaratmaqla bəzi nəticələr əldə ediblər”,- deyə DB-nin Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı İndermet Qill qerdy edib.
Onun fikrincə, dayanıqlı olmaq üçün Avrasiya şəhərləri bazar və instutsional struktur arasında düzgün balans saxlamalıdırlar.
Məruzədə keçmiş Sovet İttifaqının 12 ölkəsinin: Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan və Ermənistanın şəhərləri təhlil edilib:
Onların hamısı “Böyük İpək yolu” zamanında qızğın beynəlxalq ticarət sayəsində çiçəklənən şəhərləri idi..Yaxın zamanlarda baş vermiş iqtisadi, siyasi, demokrafik dəyişikliklərin təsiri ilə bu şəhərlərdə yenidənqurma prosesləri baş verir.
Sovet İttifaqının dağılması və Avropa İttifaqı ilə Asiyanın iqtisadi yüksəlişi Avrasiyanın yenidən qurulmasına təsir edir v əonun şəhərlərinin coğrafi simasını dəyişir.Bu “İpək yolunun” bərpası üçün yeni imkanlar yaradır.
“Müasir şəhərlər insanların birləşməsi yolu ilə inkişafın aparıcı qüvvəsinə çevrilməlidirlər.Dəyişən iqtisadi şərtlərə çevik və dinamik cavab verə bilmək üçün Avrasiya şəhərlərinə biri -biri ilə əlaqəli olan dörd əsas istiqamətdən yanaşmaq lazımdır:planlaşdırma, rabitə, ekologiya və maliyyələşdirmə”,- deyə DB-nin baş iqtisadçısı və məruzənin müəllifi SüleymanKkulebali vurğulayıb.
Avrasiya şəhərlərinin planlaşdırılmasının təkmilləşdirilməsi üçün bu siyasəti hazırlayanlar icarə bazarında nöqsanların əmələ gətirdiyi “darısqallığı”, tənzimləmə qaydalarına uymayan disbalansı aradan qaldırmalıdırlar. Torpaq bazarlarının fəaliyyətinin yaxşılaşdırılması, mənzil bazarlarının dirçəlməsi və ictimai infrastrukturun, o cümlədən nəqliyyat sistemlərinin bərpasına yerli və mərkəzi icra hakimiyyətlərinin əməkdaşlığı yolu ilə nail nail olmaq olar.
Məruzədə əlaqələrin yaxşılşadırılması məqsədi ilə ticarət həcminin artırılması üçün zəruri dəyişikliklər və nəqliyyat dəhlizlərinin buraxılış qabiliyyətlərinin yüksəldilməsi, hava rabitəsinin yaxşılaşdırılması, İKT sahəsinin inkişafı araşdırılır.
Konkret tövsiyələrə aşağıdakılar daxildir: tranzit rüsumlarının standartlaşdırılması, avtomobil və dəmir yolları üçün sərhəd prosedurlarının qaydaya salınması, hava nəqliyyatına məsul olan institutların potensialının möhkəmləndirilməsi və tənzimlənmə qaydalarının yaxşılaşdırılması, İKT-nin inkişafı məqsədi ilə regional əməkdaşlığın yaxşılşaması və yeni investisiyalar qoyulması və digər tədbirlər.
Avrasiya şəhərlərin ekoloji mühitinin yaxşılaşdırılması və onların ekoloji cəhətdən daha cəlbedici məkanlara çevrilməsi üçün məruzədə ətraf mühitin çirklənməsinin miqyasının azaldılması, ehtiyatlardan daha səmərəli istifadəyə yönəlmiş tədbirlərin görülməsi tövsiyə edilir.Görüləcək tədbirlər arasında avtomobillərin sayının artması ilə əlaqədar yol hərəkətinin daha az yüklənməsi, ictimai nəqliyyat şəbəkələrinin keyfiyyətinin artırılması, istilik təchizatı şəbəkələrinin müasirləşdirilməsi. yaşayış binalarında enerji effektivliyinin artırılması və tullantıların emalı üzrə şəbəkələrin bərpa edilməsi də qedy edilri.
Məruzədə qeyd olunan bütün dəyişikliklərin maliyyələşdirilməsi məqsədi ilə şəhərlərin əlavə maliyyələşdirilməsi üçün səfərbərliyə yeni yanaşmalar təklif edilir.Siyasəti hazırlayanlar subfederal səviyyədə ilk olaraq kommunal təsərrüfat müəssisələrinin texniki və iqtisadi səmərəliliyini artırmalıdırlar.Bundan sonra onlar qəbuledilən mənbədən-şəhər xidmətlərinin istehlakçılarından əlavə gəlir əldə etmək imkanlarını öyrənə bilərlər.
“Yerli vergilərin- mənzil, su, istilik, ictimai nəqliyyat ödənişləri- dərəcələrinin artırılması maliyyə mənbələrindən biri ola bilər.Bundan əlavə, mənbə olaraq regional əlaqələrin saxlanması üçün sərhədyanı infrastruktura regional inkişaf bankları tərəfindən qoyulan özəl investisiya və vasitələr də nəzərdə tutula bilər”,- deyə məruzədə bildirilir.
Şəhər aqlomerasiyası və əhalinin dinamikasının artmasının təsiri ilə Avrasiya şəhərlərində misli görünməmiş məkani yenidənqurma fonunda siyasəti hazırlayanlar regiondakı şəhərlərin sabit inkişaf yollarını axtarmalıdırlar.”Yeni İpək Yolu” iki istiqamətdən keçməlidir:Rusiyanı Hindistanla birləşdiurən Şimal- Cənub xətti və Çini AB ilə birləşdirən Şərq Qərb xətti boyunca”,- deyə S.Kulibali vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət