SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 1 mlrd. məbləğində avrobondu CEEMEA bazarına (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika – İF-Az) yerləşdirib. Bu barədə SOCAR-dan məlumat verilib.
“Avrobondlar 10 il müddətinə yerləşdirilib. Bu SOCAR-ın investisya bazasını möhkəmlədəcək ikinci beynəlxalq əməliyyatıdır”, - deyə məlumatda qeyd edilir.
SOCAR-ın məlumatına görə, Deutsche Bankın rəhbərliyi avrobondların dəyərini 4,90% civarında müəyyənləşdirib. Lakin, bu ilkin səviyyə sonradan araşdırılaraq 4,80%-ə (+/-5bp) endirilib. Son hədd 4,75% civarında T+292.2bp-ə ekvivalent olaraq müəyyənləşdirilib. Sifarişlərin həcmi nəzərdə tutulandan üç dəfə çox olub: 245 investor tərəfindən $3 mlrd. məbləğində sifariş verilib.
Belə ki, 245 investor tərəfindən 3 milyard dollar məbləğində sifariş verilmişdir. Coğrafi baxımdan təsnifat aparılarsa, avrobondların 41%-i Avropa, 32% Birləşmiş Krallıq, 25% ABŞ, 2% digər investorlar tərəfindən alınmışdır. Tipinə görə isə, 87% aktivlərin idarəediciləri, 5% banklar və riteyl investorları, 4% hec-fondlar, 3% sığorta və pensiya fondları, 1% digərləri tərəfindən alınmışdır.Coqrafi tərəfindən təsnifat aparılarsa, avrobondların 41%-i Avropa, 32%-i - Böyük Britaniya, 25%-i - ABŞ, 2%-i - digər ölkələr tərəfindən alınıb.
Avrobondların 87%-i - idarəçi şirkətlər, 5%-i - bank və riteyl investorları, 4%-i - fondlar, 3%-i - sığorta və pensiya fondları, 1%-i - digər investorlar tərəfindən alınıb.
2012-ci ilin fevralında şirkət $500 mln. məbləğində avrobondların debüt buraxılışı həyata keçirib. SOCAR-ın avrobondları 2012-ci ildə 5 il müddətinə buraxılıb. Məqsəd beynəlxalq maliyyə bazarlarından investisiyaların cəlb edilməsidir. SOCAR-ın avrobondları London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət