www.icazeler.gov.az portalını fevral ayında 19 minə yaxın internet istifadəçisi ziyarət edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin saytında məlumat verilib.
Xəbər verildiyi kimi, nazirlik 2012-ci ilin mart ayında www.icazeler.gov.az.portalının təqdimatını keçirib.
Nazirliyin məlumatına əsasən, 2013-cü ilin fevral ayında internet istifadəçilərinin 300-dən çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, Belçika, İsveç, Ukrayna, Çexiya, Seneqal, Makedoniya, Avstriya, Özbəkistan, Sloveniya, Polşa, Qazaxıstan və Hollandiyadandır.
Ölkə xaricindən daxil olmuş müraciətlər arasında Qərbi Avropa və MDB ölkələri üstünlük təşkil edir. Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 106 mindən çox internet istifadəçisi yararlanıb.
Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Fevral ayında 3 mərkəzi icra hakimiyyəti orqanının 8 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib.
Xəbər verildiyi kimi, bu portalın yaradılması sahibkarlığın inkişafında inzibati maneələrin aradan qaldırılması, İKT sahəsində nailiyyətlərin tətbiqi, qabaqcıl informasiya sistemlərinin tətbiqi, şəffaflığın artırılması məqsədi daşıyıb.Saytda hər bir fəaliyyət növü üzrə lisenziya və icazələrin alınması şərtlərinə dair bütün məlumatlar yerləşdirilib.
Bundan əlavə, iş adamları sayt vasitəsi ilə dövlət orqanları tərəfindən hazırlanan, lisenziyalaşdırma və yerləşdirmə sistemlərinə aid müxtəlif normativ sənədlərin layihələri ilə tanış ola bilərlər.İş adamları saytda yerləşdirilən layihələrə dair təklif və rəylərini bildirmək imkanına malikdirlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət