Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi üzrə məsləhətçi seçir. Bu barədə komitənin məlumatında bildirilir.
Məsləhətçi seçimi marağın bildirilməsi metodu ilə aparılır.
Məsləhətçi rəqəmsal kadastrın məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibatı layihəsi çərçivəsində seçilir.
Seçimdə iştirak etmək istəyən şirkətlər martın 29-na qədər ərizələrini təqdim etməlidirlər.
Seçim bu layihəni maliyyələşdirən Dünya Bankının prosedurları əsasında həyata keçirilir.
Xəbər verildiyi kimi, ƏMDK 2013-cü ilin ortalarına qədər dövlət daşınmaz əmlakının qeydiyyatı, kadastrı və idarəolunmasının avtomatlaşdırılmış sistemini tətbiq etməyi yekunlaşdırmağı planlaşdırır. Sistemin vahid məlumat bazası ölkənin bütün ərazisini əhatə edən daşınmaz əmlak obyektləri, o cümlədən torpaq sahələri, bina, tikili, qurğu, yaşayış binaları, mənzillər, kommunikasiya obyektləri, meşə sahələri, sututarlar, əmlak kompleksləri haqqında zəruri mətn və qrafik məlumatları əks etdirəcək.
Vahid rəqəmsal kadastr məlumat bazasına 23 mindən artıq dövlət mülkiyyətində olan daşınmaz əmlak obyekti, o cümlədən torpaq sahələri barədə məlumat daxil olacaq.
2007-ci ilin martında DB-nin Direktorlar Şurası Azərbaycana “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi üzrə $30 mln. məbləğində kreditin verilməsini təsdiqləyib. Layihənin məqsədi daşınmaz əmlakın qeydiyyatı sistemində etibarlılığı, şəffaflığı və effektivliyi təmin etməkdir. Layihənin reallaşdırılması üçün daha $8 mln. vəsait Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Bu layihə 4 komponentdən ibarətdir: daşınmaz əmlakın qeydiyyatı mülkiyyət hüququnun qeydiyyatı sahəsində müştəriləri daha səmərəli xidmətlərlə və on-layn avtomatlaşdırılmış sistem və xidmətlərinin tətbiqilə təmin edir; dövlət mülkiyyətinin idarə olunmasının yaxşılaşdırılması; dövlət mülkiyyətinin idarə olunması sistemi və mülkiyyətin avtomatlaşdırılmış qeydiyyatı üçün xəritə və kadastr məlumatlarını daxil etməklə geodeziya yeniliklərinin tətbiqi. Dördünçü komponent treninqlərin keçirilməsidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət