Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) 2013-cü ilin yanvar- fevral aylarında şübhəli və cari əməliyyatlara dair 40,015 min məlumat alıb.Bu barədə Xidmətin saytında məlumat verilir.
Azərbaycanda Maliyyə Monitorinqi Xidməti 2009-cu ildə yaradılıb və “çirkli” pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində mərkəzi orqandır.
2012-ci ilin yanvar- fevral aylarında Xidmətə 37,659 min məlumat daxil olub.Beləliklə, 2013-cü ilin yanvar- fevral aylarında Xidmət tərəfindən şübhəli və cari əməliyyatlar barəsində alınan məlumatların sayı 6,2 % artıb.
Bununla yanaşı, 2013-cü ilin fevral ayında 21,015 min məlumat əldə edilib.
Xəbər verildiyi kimi, MMX 2012-ci ildə cüri və şübhəli əməliyyatlar üzrə 259,867 min məlumat alıb.
MMX terrorizmin maliyyələşdirilməsi, cinayətkar yolla əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasının qarşısının alınması ilə bağlı vəziyyəti öyrənir, bu sahədə təhlil aparır, həmçinin təklif və tövsiyyələr hazırlayır. Bundan əlavə, xidmətin vəzifəsinə monitorinqə şamil edilən əməliyatların aşkar edilməsi üçün meyarların (xüsusi indikatorların) müəyyən olunması daxildir. Xidmət bu istiqamətdə qanun pozuntuları haqqında məlumat üçün statistik formanı müəyyən edir; aparılan təhlillər və monitorinqlər əsasında məlumatları Milli Təhlükəsizlik Nazirliyinə təqdim edir; mərkəzləşdirilmiş elektron-informasiya sistemini təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət