Rumıniyanın İKT sahəsində aparıcı şirkətlərindən olan “SIVECO” “Elektron hökumət” (“e-hökumət”) çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Bu məsələ rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “SIVECO”-nun prezidenti və baş icraçı direktoru İrina Soko ilə müzakirə mövzusu olub.
“SIVECO” Azərbaycana “e-təhsil”, “e-səhiyyə”, “e-biznes”, “e-kənd təsərrüfatı”, “e-gömrük” və s. kimi sahələrdə ISO standartları alan elektron həllərlə bağlı faydalı təkliflər verməkdə maraqlıdır”, - deyə İ.Soko bildirib.
O qeyd edib ki, “SIVECO” Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlığa dəstək verəcək.
Həyata keçirilən yerli və regional layihələr, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərinin çatdırılmasını nəzərdə tutan “Evlərə optika” modelindən, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), EuraCA (Eurasian Connectivity Alliance) layihələrindən söz açan nazir SIVECO-nun gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulayıb.
Nazir ölkəmizdə İKT sahəsi üzrə aparılan islahatlarda Rumıniya təcrübəsinin səmərəli olacağına əminliyini ifadə edib.
TASİM layihəsi müasir texnologiyalar istifadə edilməklə qlobal internet magistralından istifadənin təmin edilməsini, Qərb və Şərq arasında qısa yolla informasiya axınının təşkilini və informasiya texnologiyalarından istifadənin asanlaşdırılmasını nəzərdə tutur.
BMT-nin Baş Assambleyasının qətnaməsi əsasında Azərbaycan layihənin həyata keçirilməsi üçün koordinator təyin edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət