2013-cü ilin yanvar-fevral ayında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 31,8 mln.ton təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisini 1,4% üstələyir.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yükdaşımaların ümumi strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 70,3%, deövlət sektorunun payına 29,7% düşüb.
Hesabat dövründə dəmir yolları ilə 3,8 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2012-ci ilin göstəricisindən 2,7% çoxdur.
Yanvar- fevral aylarında dəniz nəqliyyatı vasitəsi ilə 2,1 mln. ton müxtəlif növ yük daşınıb( azalma 8,7%).
Hesabat dövründə avtomobil nəqliyyatı vasitəsi ilə 16,2 mln.ton(artım 7.6%) yük daşınıb.
Bu dövrdə daxili boru kəmərləri ilə 7 mln.ton neft (azalma 7,9%) daşınıb.Bununla yanaşı, nəql edilən neftin 5,4 mln. tonu və ya 76,7%-i Bakı-Tbilisi Ceyhan(BTC) boru kəmərinin payına düşüb.Komitənin məlumatına əsasən yanvar- fevral ayında BTC ilə 372,8 min ton türkmən nefti nəql edilib.
Qalan həcm magistral qaz kəmərlərinin payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət