“Şahdəniz” konsorsiumu TAP (Trans Adriatic Pipeline) və “Nabucco-West” boru kəməri layihələri üzrə son təkliflərin qiymətləndirməsinə başlayıb. Bu barədə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Təqdim olunan təkliflər konsorsiuma hər iki layihə üzrə son qiymətləndirmə işləri aparmağa imkan verəcək. Və tam məlumat əsasında Azərbaycan qazının Avropaya ixracına dair prioritet marşrutun seçimi üzrə qərar qəbul etməyə imkan yaradacaq”, - deyə məlumatda vurğulanır.
TAP və “Nabucco-West”ə dair təkliflərə həmin layihələrin texniki, inzibati-nəzarət, maliyyə və digər aspektlər daxildir.
“Beləliklə, “Şahdəniz” konsorsiumu qeyd olunan layihələrin ətraflı qiymətləndirmə mərhələsinə daxil olur. Bu mərhələdə seçim aşağıdakı meyarlara uyğun aparılacaq: kommersiya aspektləri, layihənin reallaşdırma imkanı, maliyyələşdirmə imkanları, mühəndis-layihə işləri, uyğunluq və şəffaflıq, təhlükəsizlik və səmərəli istifadə, mərhələli qiymətləndirmə imkanı və strateji aspektlər”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, cari ay ərzində “Şahdəniz” konsorsiumu potensial Avtropa qaz alıcılarından hüquqi öhdəliklər yaradan alqı-satqı üzrə təkliflər gözləyir.
Xəbər verildiyi kimi, konsorsium marşrut seçiminə dair son qərarı cari il iyunun sonuna kimi qəbul edəcək.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. məbləğində qiymətləndirilir. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək.
TAP (Trans Adriatic Pipeline) layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin qücü illlik 10 mlrd. kubmetr qaz təşkli edir. Lakin tələbatdan asılı olaraq bu rəgəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
“Nabucco-West” layihəsi “Nabucco”-nun yenilənmiş variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) qaz boru kəmərinin çəkilməsini nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət