Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspase-1” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-nin idarəetməsinə verilib. Bu barədə nazirliyin saytında məlumat verilir.
“Azərspace-1”in orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra aprelin 2-dən etibarən idarəetmə peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən tamamilə “Azərkosmos” ASC-yə təhvil verilib”, - deyə məlumatda bildirilir.
Nazirliyin məlumatına görə, peyk kommersiya fəaliyyətinə başlamaq üçün artıq tam hazır vəziyyətdədir.
Hazırda “Azərkosmos” mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peyki idarə edirlər və lazımi əməliyyatlar aparırlar. Peyk, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir.
Peykin istifadəsindən $420 mln. xalis mənfəət əldə olunması gözlənilir.
“Azərspase-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında) orbitə buraxılıb.
2010-cu ilin may ayında RİTN Amerikanın “Orbital Sciences Corporation” şirkəti ilə peyk istehsalı haqqında müqavilə imzalayıb. Bundan başqa, Azərbaycan Malayziyanın “MEASAT” şirkəti ilə orbital mövqeyin “Azərspace-1” peyki üçün istifadəsi haqqında uzunmüddətli icarə müqaviləsi imzalayıb.
Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
RİTN mütəxəssislərinin fikrincə, milli peykin mövcudluğu keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etməyə, kanalların sayını artırmağa imkan verəcək.
“Azərkosmos” ASC 2010-cu ildə orbitə telekommunikasiya peykinin çıxarılması üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əlaqələrin yaradılması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət