Hər bir ölkənin siyasi qüdrəti onun iqtisadi inkişafından asılıdır. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan İnşaat” sənaye kompleksinin işə salınması mərasimində çıxışı zamanı bəyan edib.
“Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı tikinti-quraşdırma işlərinin miqyasının genişləndirilməsinə, keyfiyyətli məhsul istehsal edən yeni sənaye müəssisələrinin yaradılmasına təkan verir”, - deyə V.Talıbov bildirib.
Onun sözlərinə görə, MR-də sənaye müəssisələrinin yaradılması yönündə ardıcıl tədbirlər həyata keçirilir. “Tikinti işlərində keyfiyyətli məhsuldan istifadə əsas şərtdir. Yerli xammalla işləyən “Cahan İnşaat” sənaye kompleksində keyfiyyətli məhsul istehsal ediləcək. İstehsal olunan məhsul muxtar respublikanın tikinti şirkətlərinin və əhalinin tələbatının ödənilməsi baxımından əhəmiyyətli rol oynayacaq”, - deyən V.Talıbov əlavə edib ki, bu gün sahibkarlığın inkişafına, yeni istehsal sahələrinin yaradılmasına xüsusi diqqət və qayğı göstərilir. “Muxtar respublikda özəl sektorun inkişafı da diqqət mərkəzindədir, yeni müəssisələr yaradılır, iş yerləri açılır. Bu gün istifadəyə verilən istehsalat sahəsində 60-dan çox yeni iş yeri açılıb”, - deyə Ali Məclisin sədri qeyd edib. Onun sözlərinə görə, Naxçıvan MR-də dövlət-sahibkar-işçi münasibətləri yüksək səviyyədə qurulub.
O, idarəetmə pultu düyməsini basaraq müəssisəni işə salıb və istehsal prosesini izləyib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına əsasən, ümumi sahəsi 8 hektar olan sənaye kompleksinin yaradılmasına 8 mln. manatdan çox xərc çəkilib. Burada istehsal gücü saatda 120 kubmetr təşkil edən beton məmulatları istehsalı zavodu, eləcə də daşqırma və qumələmə sexləri fəaliyyət göstərir.
Həmin gün Ali Məclisin sədri Naxçıvan şəhər Təmir-Tikinti İdarəsi nəzdində yeni asfalt zavodunun açılış mərasimində də iştirak edib. Bu zavodda müasir avadanlığın quraşdırılmasına 1 mln. manatdan çox vəsait sərf edilib. Müəssisənin istehsal gücü saatda 125 ton təşkil edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət