Azərbaycan Beynəlxalq Bankında (ABB) yaradılan İslam Pəncərəsi müştərilərə xidmət göstərməyə başlayıb. Bu barədə bankdan məlumat verilib.
Bankın təklif etdiyi xidmətlərin spektrinə ənənəvi lizinqin analoqu olan İcarə, ənənəvi depozitin analoqu olan Vəkalə, İslam bank kartları, “Hard-Hasan” hesablarının açılması daxildir.
ABB-nin İslam Bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadənin sözlərinə görə, dünya təcrübəsinə uyğun olaraq bankın qeyd olunan məhsulları “Dubai Islamic Bank” tərəfindən təsis edilmiş “Dar al Shariah” şəriət maliyyə-hüquq məsləhətçisi şirkətində müvafiq sertifikatlaşmadan keçib.
Beləliklə, İslam Bankçılığı Departamenti tərəfindən təqdim edilən xidmətlər AAOIFI (Accounting and Auditing Organization for Islamic Financial Institutions) İslam maliyyə tənzimləyicisi orqanı tərəfindən təyin edilən bütün standartlara cavab verir.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. AMB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət