Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında çıxış edərək təşkilatın Türkiyə ilə post-monitorinq dialoqunun təşkili məsələsinin müzakirəsində bu ölkəni müdafiə edəcək.
“AŞPA-nın yaz sessiyasının gündəliyinə Türkiyənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və bu ölkə ilə post-monitorinq dialoqunun təşkili barədə məsələlərin müzakirəsi daxil edilib. Mən Türkiyə ilə post-monitorinq dialoqunun təşkili məsələsində bu ölkənin xeyrinə çıxış etmək niyyətindəyəm”, - deyə S.Fətəliyeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O həmçinin sessiyada uşaqlara qarşı zorakılıqla mübarizə və gənclər məsələsinə dair məruzələrlə çıxış etməyə hazırlaşır.
S.Fətəliyevanın sözlərinə görə, Azərbaycan nümayəndə heyəti 2013-cü il fevralın 18-də Ermənistanda keçirilən prezident seçkilərinin yekunları ilə bağlı sessiyanın gündəliyinə salınmış məsələnin müzakirəsində fəal iştirak edəcək.
“Belə bir prosedur mövcuddur. Avropa Şurasına daxil olan və monitorinqin aparıldığı ölkəyə qarşı ikinci mərhələdə post-monitorinq tətbiq edilir. Son mərhələdə isə ölkə üzərindən monitorinq tamamilə götürülür”, - deyə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Sabir Hacıyev bildirib.
“Əvvəlcə Avropa Şurasının üzv ölkəsinə qarşı tam monitorinq, sonra post-monitorinq tətbiq edilir, sonda isə monitorinq tamamilə aradan qaldırılır”, - deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət