Qəbələdə Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində gənclərin iştirakı ilə “Sənin səsin - sənin seçimin” adlı seminar keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Ölkənin 30 rayonunu əhatə edən tədbir “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəhbəri Fəxri Soltanov gənc nəslin seçkilərdə iştirak səviyyəsinin yüksəldilməsinə və onların maarifləndirilməsinə yönəlmiş seminarın əhəmiyyətini qeyd edib.
Bundan başqa, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin rəhbəri Nurəddin Mehdiyev bildirib ki, bu il ölkədə vacib hadisə baş verəcək - Prezident seçkiləri keçiriləcək
N.Mehdiyev bəzi vətəndaşların, o cümlədən gənclərin seçkilər zamanı passivliyini və laqeydliyini, eləcə də seçki prosesləri barədə məlumatsız olmalarını təəssüflə qeyd edərək, bu baxımdan belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbir iştirakçıları gənclərə səsvermə prosesinin əhəmiyyəti, rolu, Exit-Poll sistemi barədə danışıblar. Tədbirin sonunda gənclərə buklet və yaddaş kitabçaları paylanılıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət