Azərbaycan qadını doğma dilimizin ən etibarlı dayağıdır. Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvan MR qadınlarının konfransında bəyan edib.
“Azərbaycan qadınları əsrlər ərzində formalaşmış milli dəyərlərə sadiq qalmaqla doğma dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı rolunu oynayırlar”, - deyə R.Seyidova forumda çıxışı zamanı qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu cümə axşamı məlumat verir.
Onun sözlərinə görə, müasir Azərbaycan qadınları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər
“Muxtar respublikada yaşayan qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, özəl sektorda geniş təmsil olunur, bütün dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində fəaliyyət göstərirlər”,- deyə R.Seyidova söyləyib.
O bildirib ki, bu gün qadınlar ictimai-siyasi fəaliyyətləri ilə seçilirlər. Belə ki, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində 375 qadın üstün səs toplamaqla muxtar respublikanın yerli özünüidarəetmə orqanlarında təmsil olunublar ki, bunlardan 8-i bələdiyyə sədri, 2-si isə bələdiyyə sədrinin müavini vəzifəsində çalışır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 6-sı qadındır, onlarla qadın müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışır”,- deyə natiq vurğulayıb.
Forumda Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələr seçilib.
Konfransda Naxçıvan MR baş nazirinin müavini Təranə Quliyeva iştirak edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət