Dövlət Gömrük Komitəsi (DGK) gömrük sahəsində normativ-hüquqi bazanı yeni Gömrük Məcəlləsinə uyğun səviyyəyə gətirmək məqsədilə 70% yeniləyib. Bu barədə DGK sədri Aydın Əliyev cümə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclası çərçivəsində məlumat verib.
Gömrük Məcəlləsi yeni redaktədə 1 yanvar 2012-ci il tarixindən qüvvədədir.
“Normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə 59 sənəd hazırlanıb, onların 70%-i artıq təsdiq edilib”, - deyə A.Əliyev bildirib.
Onun sözlərinə görə, bundan başqa, “Gömrük tarifləri haqqında” qanun layihəsi (yeni redaktədə - İF-Az) Milli Məclisə təqdim edilib və parlament komitələri tərəfindən müzakirə olunur. “Prezident Administrasiyasında daha iki sənədə baxılır. İki sənəd idarələrarası razılaşdırılma prosedurundan keçir”, - deyə A.Əliyev qeyd edib.
O deyib ki, DGK gömrük orqanlarının modernləşdirilməsi üzrə iş aparır.
“Gömrük sahəsində Azərbaycanın “bir pəncərə” modeli qabaqcıl model kimi tanınıb və bir sıra ölkələr onu tətbiq etməyə hazırdır”, - deyə A.Əliyev vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət