Rusiyanın “LUKOYL” şirkətinin sifarişi ilə Türkiyənin “Palmali” şirkətlər qrupu tərəfindən inşa edilmiş nəqliyyat-quraşdırma barjı cümə günü istismara verilib. Bu barədə “Palmali” şirkətinin məlumatında bildirilir.
Xəzər dənizindəki yataqların işlənməsi üçün nəzərdə tutulan barj yük keçid kranı ilə təchiz edilib. Barj Xəzər regionunda istismar olunacaq və onun başqa regionlarda da istismarı mümkündür.
2011-ci ildə barjın tikintisi üzrə keçirilən tenderdə “Palmali” şirkəti ilə yanaşı, “Bumi Armada”, “Global Stroy Engineering” və digər şirkətlər də iştirak ediblər.
“Palmali” şirkəti 2011-ci il dekabrın 22-də “LUKOYL” ASC ilə uzunmüddətli icarə müqaviləsi imzalayaraq həmin gəminin inşasına başlayıb.
Barjın korpusunun 4 bölməsinin inşası Türkiyənin “Beşiktaş” gəmiqayırma zavodunda yerinə yetirilib. Bölmələrin birləşdirilməsi, əsas avadanlıqların quraşdırılması və buraxılış-sazlama işləri, təhvil-təslim sınaqları proqramının icrası Azərbaycanda “Xəzər” gəmiqayırma zavodunda həyata keçirilib.
Barjın uzunluğu 140 metr, eni 30 metr, maksimal dedveyti 14351 ton təşkil edir.
Barj Xəzər dənizinin şimal hissəsində V.Filanovski adına yataqda istifadə ediləcək.
Barja “Yuri Kuvıkin” adı verilib. Y.Kuvıkin Xəzər dənizinin şimalında bir sıra neft-qaz yataqlarını kəşf etmiş görkəmli geoloq-alimdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət