Bu gün Azərbaycanda vergi siyasətinin həyata keçirilməsi üçün lazımi maddi-texniki və hüquqi baza yaradılıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vergilər Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində bəyan edib.
“Dövlətimiz tərəfindən bu sahə ilə bağlı qəbul edilmiş qanunvericilik bazası vergi orqanlarının öz işlərini günün tələbləri səviyyəsində qurmasına imkan verir”, - deyə o bildirib.
NMR rəhbəri deyib ki, muxtar respublikada dövlət vergi siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, vergi orqanlarının fəaliyyətinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Ona görə də muxtar respublikanın vergi orqanlarında çalışanlar öz işlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, hüquqi və fiziki şəxslər tərəfindən vergilərin vaxtlı-vaxtında ödənilməsi, vergi ödəyicilərinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və vətəndaşlar arasında maarifləndirmə işlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bu tədbirlərin həyata keçirilməsi üçün MR-də lazımi şərait yaradılıb, bu sahədə çalışanların əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilibr. Ali Məclisin sədri nazirliyin fəaliyyətinin daha da gücləndirilməsi, vergi orqanları əməkdaşları üçün hazırlıq kurslarının təşkili və vergi ödəyicilərinə normativ hüquqi aktların izah olunması barədə müvafiq tapşırıqlar verib.
Yenidənqurma işləri aparılarkən binaya bir mərtəbə əlavə olunub. Hazırda 4 mərtəbədən ibarət olan binada 47 iş otağı, test mərkəzi, 62 yerlik iclas zalı, yeməkxana və arxivlər var. Binada növbəli iş rejimində işləyə bilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin server mərkəzi vergi orqanlarına qulluğa qəbul imtahanlarının ikinci mərhələsinin, o cümlədən vergi orqanları əməkdaşlarının attestasiya və sınaq imtahanlarının mərkəzləşmiş qaydada keçirilməsinə imkan verəcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət