Azərbaycan iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektoruna İsveçrə şirkətləri tərəfindən $87,7 mln. həcmində investisiya yatırılıb. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev İsveçrənin Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri, nazir Yohan Şnayder-Amman ilə görüşdə bəyan edib.
İqtisadi İnkişaf Nazirliyinin məlumatında qeyd edilir ki, hazırda Azərbaycanda İsveçrə kapitallı 70-dən çox şirkət fəaliyyət göstərir.
Görüşdə Ş.Mustafayev bildirib ki, SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) İsveçrənin iqtisadiyyatına 380 mln. İsveçrə frankı həcmində investisiya qoyub.
Nazir vurğulayıb ki, 2013-cü ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,9 dəfə artıb.
Bununla yanaşı, Ş.Mustafayev əlavə edib ki, Azərbaycan və İsveçrə ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlara malikdir və bu baxımdan biznes forumların, sərgilərin keçirilməsi əhəmiyyətlidir.
Görüşdə həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə Azərbaycanda layihələrin həyata keçirilməsi məsələsi müzakirə olunub. SECO xətti ilə Azərbaycanda 25 layihə həyata keçirilir. Bunlardan 17-nin icrası başa çatıb. 2012-ci ildə 4 yeni layihənin həyata keçirilməsinə başlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət