“Azəryolservis” ASC Azərbaycanda iki kənd yolunun tikintisi üçün podratçı seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Söhbət 12,3 kilometr uzunluğunda Pensər-Toradi və 6 kilometr uzunluğunda Pensər-Şahağacı avtomobil yolunun bərpasından gedir. Bərpa prosesi zamanı yolların yeni hissələrinin tikintisi, asfalt örtüyünün yenisi ilə əvəz olunması planlaşdırılır.
Tikinti işləri Asiya İnkişaf Bankının (AİB) krediti hesabına həyata keçiriləcək.
Tenderdə iştirak haqqı 200 manatdır ($250).
Tenderdə iştirak etmək istəyən şirkətlər 2013-cü il mayın 15-dək təkliflərinin təqdim etməlidirlər. Tender proseduru mayın 15-də keçiriləcək.
Son 3 il ərzində minimal illik dövriyyəsi $6 mln. məbləğində olan; son 5 il ərzində dəyəri $3 mln.-dan az olmayan ən azı iki analoji layihənin həyata keçirilməsi və asfalt örtüyünün çəkilməsi sahəsində təcrübəyə malik olan şirkətlər tenderdə iştiraka buraxılır.
AİB 2008-ci ildə Azərbaycanın yol sektorunun inkişafı üzrə $500 mln. məbləğində kredit proqramını təsdiq edib. Bu məbləğdən $200 mln. Masallı, Lənkəran və Astara rayonlarında avtomobil yollarının yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB-in Azərbaycanda energetika, nəqliyyat, kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı, özəl sektorun inkişafı layihələri üzrə kredit portfeli təxminən $900 mln. təşkil edir.
Biznes plana əsasən, bank 2012-ci ildə Azərbaycanda layihələrin həyata keçirilməsinə $250 mln, 2013-cü ildə $155 mln., 2014-cü ildə $170 mln. kredit ayıracaq.
Bundan başqa, qeyd olunan üçillik dövr ərzində bank Azərbaycana $3,25 mln. məbləğində qrant ayırmağı planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət