Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə müasir sənaye komplekslərinin tikilməsini zəruri hesab edir.
“Biz sənaye istehsalının artırılması ilə bağlı əvvəlki dövrlərdə böyük işlər görmüşük. Ancaq gələcəkdə sənaye istehsalımızı müasirləşdirmək üçün əlbəttə ki, böyük işlər görüləcək. Biz əsas üç mərkəz seçmişik. Bu mərkəzlər əslində ənənəvi mərkəzlərdir: Bakı, Sumqayıt, Gəncə şəhərləri. Orada texnoparkların yaradılması prosesi gedir”, - deyə İ.Əliyev bazar günü Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
İ.Əliyevin çıxışının mətni çərşənbə axşamı rəsmi mətbuat dərc edilib.
Dövlət başçısı qeyd edib ki, Mingəçevirdə müasir sənaye kompleksləri tikilməlidir. “Bu məsələ ilə bağlı mən artıq göstərişlər vermişəm. İnvestisiya qoymaq istəyən qurumlara tövsiyə edilir ki, eyni zamanda, onlar Mingəçevirə də diqqət yetirsinlər. Hesab edirəm ki, buna nail olsaq, onda ölkədə dörd əsas sənaye mərkəzi olacaq. Hesab edirəm ki, Azərbaycan kimi ölkə üçün bu, kifayətdir”, - deyə o vurğulayıb.
İ.Əliyev qeyd edib ki, texnologiya parklarının yaradılmasında bir sıra üstünlüklər var. Çünki orada yalnız rəqabətqabiliyyətli, ixrac yönümlü məhsullar istehsal olunacaq. “Əminəm ki, biz yaxın aylarda yeni texnologiya parklarının yaradılmasını görəcəyik”, - deyə dövlət başçısı əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət