Azərbaycan Prezidenti İlham Əliyev bu gün Mingəçevir şəhərində səfərdə olub .Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Dövlət başçısı bir sıra sosial infrastruktur obyektlərinin açılışında iştirak edib.
Prezident İlham Əliyev inşasına 2008-ci ildə başlanılmış Heydər Əliyev Mərkəzinin açılışında olub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
O, həmçinin Müşfiq Mirzəyev adına “Dostluq” parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Prezident İlham Əliyev Gənclər Evinin də açılışında iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verib ki, bu Gənclər Evi respublika üzrə ən böyük gənclər mərkəzlərindən biridir.
Prezident İlham Əliyevə ölkədə inşa olunan və tikintisi nəzərdə tutulan idman qurğuları, 2015-ci ildə Avropa Oyunları ilə bağlı görülən işlər barədə də məlumat verilib.
Dövlət başçısı Mingəçevirə səfəri çərçivəsində Kür çayı sahilindəki istirahət kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Daha sonra o, Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının Alayı və Su Ehtiyatları Dövlət Agentliyinin İdarəsinin tikintisi layihələrinə baxıb.
Prezident İlham Əliyev Mingəçevir su anbarının inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış olub. Dövlət başçısına raport verən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, burada mövcud olan mühafizə və təhlükəsizlik sistemləri mükəmməlliyi ilə seçilir.
Mingəçevir su anbarının mühafizə sisteminin sxeminə və maketinə baxan Prezident İlham Əliyev inteqrə olunmuş təhlükəsizlik sistemi haqqında filmi və əraziyə şərti müdaxiləyə qarşı əməliyyatı izləyib.
Prezident İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə, eləcə də 480 şagird yerlik orta məktəbdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, bu məhəllə qaçqın və məcburi köçkünlər üçün indiyədək salınan sayca 78-ci yaşayış məntəqəsidir.
Daha sonra Bayraq Meydanına gələn Prezidentə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bayraq dirəyinin hündürlüyü 42 metrdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət