Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ildə Azərbaycanda ÜDM artımını 4,1% səviyyəsində proqnozlaşdırır. Bu barədə BVF-nin Dünya İqtisadi İcmalında (World Economic Outlook, WEO) məlumat verilir.
Daha əvvəl BVF 2013-cü ildə Azərbaycanın ÜDM artımını 4,5% səviyyəsində proqnozlaşdırmışdı.
2014-cü il üçün fondun ÜDM artımı üzrə proqnozu dəyişməz olaraq qalıb - 5,8%.
BVF 2018-ci ildə Azərbaycanın ÜDM artımını 4% səviyyəsində proqnozlaşdırır.
Fond, həmçinin inflyasiya proqnozlarını da dəyişməyib. BVF 2013-cü ildə Azərbaycanda inflyasiyanı 7%, 2014-cü ildə 6,5 % səviyyəsində proqnozlaşdırılır.
Fond 2013-cü ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 10,6%-i, 2014-cü ildə ÜDM-in 6%-i səviyyəsində proqnozlaşdırır. Fondun qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanın tədiyə balansının kəsiri ÜDM-in 0,1%-i səviyyəsində olacaq.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2013-cü ildə Azərbaycanda ÜDM artımını 5,3% səviyyəsində proqnozlaşdırır.
Dünya Bankı 2013-cü ildə Azərbaycanın ÜDM artımını 4,2% səviyyəsində proqnozlaşdırır.
Asiya İnkişaf Bankı Azərbaycanda ÜDM artımının 3,1%, 2014-cü ildə 4,8% səviyyəsində olacağını bildirib.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2013-cü ildə Azərbaycanda ÜDM artımını 4% səviyyəsində proqnozlaşdırır.
2012-ci ilin yekunlarına əsasən, Azərbaycanda ÜDM 2,2% artıb, deflyasiya 0,3%, tədiyə balansının profisiti 20,3% təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət