2013-cü ilin I rübündə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşlarının həcmi 66,9% - 1 mlrd. 443,4 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına qoyulan bütün investisiyaların 49,7%-i sənaye sahəsinə yönəldilib.
Bununla yanaşı, hesabat dövründə mədənçıxarma sənayesinə ayrılan investisiyalar 1 mlrd.77,6 mln. manat təşkil edib (artım 41,1%).
I rübdə emal sənayesinə investisiya qoyuluşları 110 mln. manat (artım 2,8 dəfə) təşkil edib.
Yanvar-mart aylarında elektrik enerjisi və qaz istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə 50,9 mln. manat ( artım 0,1%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 204,9 mln. manat (artım 19,4 dəfə) investisiya qoyulub.
Bundan əlavə, I rübdə nəqliyyat və anbar təsərrüfatı sahəsinə 530,8 mln. manat (artım 17,7%), rabitə və informasiya sahəsinə 39,8 mln. manat (azalma 53,9%) dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 243,7 mln. manat (artım 2,5 dəfə), təhsil sahəsinə 85,5 mln. manat (artım 73,8%) investisiya qoyulub.
Yanvar-mart aylarında mənzil tikintisi sahəsinə qoyulan investisiyalar 105 mln. manata (azalma 19,4%) bərabər olub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət