Xəzərin Azərbaycan sektorundakı “Abşeron” blokunun kəşfiyyatı və işlənməsi layihəsi üzrə Rəhbər Komitə 2012-ci ildə layihənin büdcəsinin icrasını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin Naxçıvandakı regional bürosundan məlumat verilib.
“Abşeron” layihəsi üzrə Rəhbər Komitə Naxçıvan MR-də keçirilən səyyar müşavirədə layihənin həyata keçirilməsi ilə bağlı texniki məsələlər, o cümlədən yataqda planlaşdırılan seysmik işlər müzakirə olunub, layihənin 2012-ci il üçün büdcəsinin icrası və cari ilin birinci rübündə görülən işlərin hesabatı təsdiq edilib.
“TOTAL-Azerbaijan” şirkətinin rəhbəri Kristian Qutiçelli jurnalistlərə bildirib ki, “TOTAL” şirkəti Azərbaycanda yataqların işlənməsində daha fəal iştirak etməyə həmişə hazırdır və bunu istəyir. ““TOTAL” şirkəti gələcək fəaliyyət üçün Azərbaycana öz iş təcrübəsini və səriştəli əməkdaşlar təqdim edə bilər”, - deyə K.Qutiçelli bildirib.
Onun sözlərinə görə, “Abşeron” yatağında kəşfiyyat işləri keçən ilin sentyabr ayında başa çatıb, yatağın işlənmə planı 2014-cü ilin sonuna qədər hazırlanacaq.
“Planımız SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) tərəfindən təsdiq edildikdən sonra biz 2020-ci ildə ilk qazı əldə edə bilərik”, - deyə o əlavə edib.
K.Qutiçellinin sözlərinə görə, “Abşeron” yatağının işlənməsinin Azərbaycan tərəfi üçün böyük əhəmiyyəti var. Çünki bu yataqdan çıxarılacaq qaz “Şahdəniz” qazının həcminə əlavə olunacaq.
Layihənin Rəhbər Komitəsinin səyyar müşavirəsinin Naxçıvan MR-də keçirilməsi məsələsinə toxunan K.Qutiçelli söyləyib ki, “Azərbaycanın öz gözümüzlə görmək və tərəfdaşlarımıza göstərmək istədiyimiz çoxlu gözəl güşələri var”.
“Blokadada olmaq və ölkənin əsas hissəsindən bu qədər ayrı qalmağın kifayət qədər çətin olduğunu düşünürəm. Ancaq Naxçıvan belə vəziyyətdə inkişaf edir, görünür, insanlar muxtar respublikanın inkişaf etməsi üçün ciddi işlər görürlər”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (40%), “TOTAL” (40%-operator) və “GDF Suez” (20%) şirkətləridir. 30 il müddətinə bağlanmış müqavilə ratifikasiya edilib və hüquqi qüvvəyə minib. Müqavilə sahəsi 747 kvadrat metrdir.
2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda qazma işlərinin nəticələri “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının olmasını (350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat) təsdiqləyib.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət