2013-cü ilin I rübündə xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 62% - 924 mln. 60,8 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarına görə lider olub. Onların həcmi 427 mln. 116,1 min manat və ya bütün investisiyaların 46,2%-ni təşkil edib (artım 1,6 dəfə).
ABŞ şirkətləri tərəfindən investisiya qoyuluşları 112 mln. 62 min manat həcmində olub (artım 8,4%).
Bundan başqa, yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına Yaponiya şirkətləri 88 mln. 732,8 min manat (artım 27,2%), Çexiya şirkətləri 78 mln. 676,3 min manat (artım 3,9 dəfə), Norveç şirkətləri 70 mln. 341,6 min manat (artım 1,8 dəfə), Türkiyə şirkətləri 44 mln. 1,8 min manat (artım 43,5%), Fransa şirkətləri 22 mln. 376,6 min manat (artım 2,4 dəfə) məbləğində investisiya qoyuluşları həyata keçirib.
Hesabat dövründə beynəlxalq təşkilatlar arasında Dünya Bankı 33 mln. 261,2 min manat (artım 66,2%), Asiya İnkişaf Bankı 17 mln. 354,9 min manat (artım 21,9%), İslam İnkişaf Bankı 1 mln. 80,2 min manat, Avropa Şurası 280,5 min manat məbləğində investisiya qoyuluşları həyata keçirib.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət