Azərbaycan və Makedoniya “İnvestisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında” hökumətlərarası saziş imzalayacaq. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib.
Ölkələr arasında bir çox sahələrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək hökumətlərarası saziş imzalanacaq”, - deyə Ş.Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan- Makedoniya biznes forumunda bildirib.
Nazir ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyərək tərəfləri iqtisdi sahədə mövcud potensialdan fəal istifadə etməyə çağırıb.
“Azərbaycan son illər Avropa, o cümlədən Balkan ölkələri ilə uğurlu əməkdaşlıq edir. Bizim Makedoniya ilə əməkdaşlıq qurmağımız üçün yaxşı imkan yaranıb”,- deyə Ş.Mustafayev bildirib.
Biznes forumda Azərbaycan tərəfindən iştirak edən iş adamlarının say çoxluğuna diqqət çəkən nazir bildirib ki, “bu, Balkan bazarına böyük maraqdan xəbər verir”. “ Burda aqrar, İKT, səhiyyə, tikinti sahələrində fəaliyyət göstərən iş adamları iştirak edirlər. Bundan əlavə, biz yeni əməkdaşlıq sahələri tapmaq niyyətindəyik”, - deyə Ş.Mustafayev qeyd edib.
Öz növbəsində Makedoniyanın baş naziri Nikola Qruevski ölkəsinin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu deyib.
“Makedoniyanın turizm sahəsində böyük potensialı var. Bundan başqa, dividend ödəməyən iş adamları vergidən azad edilib”, - deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət