Mayın 5-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində görkəmli qazax bəstəkarı, SSRİ xalq artisti, Qazaxıstan Dövlət Mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin “Alpamıs” operasının premyerası olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Opera əfsanəvi qəhrəman Alpamısın həyatından bəhs edir və onun şəxsində ən yüksək insani keyfiyyətləri – xeyirxahlıq, insana məhəbbət və ədaləti tərənnüm edir.
Operada rolları Azərbaycan opera məktəbinin aparıcı vokalistləri Azərbaycanın əməkdar artistləri İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə,eləcə də Anton Ferştand, İlahə Əfəndiyeva, Fərid Əliyev, Tural Ağasıyev və Tələt Hüseynov ifa edirlər. Tamaşaya Eyyub Quliyev dirijorluq edəcək.
Premyerada Qazaxıstandan gələn qonaqlar, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər.
Qeyd etmək lazımdır ki, opera türkdilli ölkələrin bəstəkarlarının ən yaxşı opera tamaşalarının təbliği ilə bağlı TÜRKSOY-un layihəsi çərçivəsində tamaşaya qoyulub. Tamaşa qazax dilində nümyiş etdiriləcək.
Əsərin müəllifi E.Raxmadiyev 2013-cü il aprelin 9-da vəfat edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət