Başqa dövlətin ərazisini işğal etmiş Ermənistanda keçirilən seçkilərə müsbət qiymət verilməsi və işğalçı ölkənin Avropa Şurasına üzvlüyü Avropa dəyərlərinə və demokratiya normalarına ziddir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun Avropa Şurası və AŞPA-ya ünvanladığı məktubda belə deyilir.
E.Süleymanovun “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata əsasən, Avropa Şurası Parlament Assambleyasının Prezidenti Jan Klod Minyona, Avropa Şurasının Baş Katibi Torbyörn Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının Baş Katibi Voysix Saviçkiyə, Avropa Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinə, Avropa Şurası Parlament Assambleyasının bütün üzvlərinə ünvanlanmış məktubda azərbaycanlı deputat qeyd edib ki, AŞPA-nın aprelin 22-də keçiriləcək yaz sessiyasında Ermənistandakı prezident seçkilərinin yekunları müzakirə olunacaq.
“Cari ilin mart ayının 20-də Monitorinq Komitəsinin iclasında Ermənistanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Karin Voldset bu ölkədə keçirilmiş seçkiləri demokratik olaraq qiymətləndirdi və təqdir etdi”, - deyə məktubda bildirilir.
E.Süleymanovun sözlərinə görə, bununla əlaqədar Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə mouşn sənəd təqdim edilib.
“Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, AŞPA-nın bu ilin yanvar sessiyasında iştirak edən 225 deputatdan 196 nəfəri Monitorinq Komitəsinin Azərbaycanda demokratiyanın vəziyyətinə dair məruzəsi əsasında hazırlanmış qətnaməyə səs verib və həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalını ehtiva edən müddəa var”, - deyə məlumatda qeyd edilir.
BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu vurğulayan E.Süleymanov məktubda Avropa Şurasının üzvü olan bir dövlətin - Ermənistanın Avropa Şurasının üzvü olan digər dövlətin - Azərbaycanın torpaqlarını 25 ilə yaxın bir müddət ərzində işğal altında saxlamasına diqqət çəkib.
E.Süleymanov məktubu ünvanladığı şəxslərdən “Xocalı soyqırımının təşkilatçısı və fəal iştirakçılarından biri olan Sarkisyanın 10 ildən artıq müddət ərzində Ermənistanın ali dövlət rəhbəri olduğu dövrdə işğala son qoymaq və iki ölkə arasında sülhə nail olmaq istiqamətində heç bir müsbət addım atmadığı təqdirdə yenidən Ermənistanın prezidenti seçilməsini necə qiymətləndirdiklərini” soruşub.
Məktubda həmçinin Sarkisyanın Ermənistan prezidenti kimi fəaliyyət göstərdiyi dövrdə işğal olunmuş Azərbaycan ərazisində Xocalı aeroportunun tikilib istifadəyə verilməsi cəhdlərini qiymətləndirmək, eləcə də Avropa Şurasına üzv olan digər dövlətin ərazisini işğal etmiş Ermənistanın bu ilin iyul ayından etibarən Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik etməsi barədə qərarın qanunun aliliyi ilə ziddiyyət təşkil etməsinə diqqət yetirmək xahiş olunur.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət