2013-cü ilin I rübündə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan müəssisələrin gəlirləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 2,8% - 85 mln. manata qədər artıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilir.
“2013-cü ilin I rübündə poçt, İKT və informasiya sektorunun gəlirləri 371,4 mln. manat təşkil edib və 14,3% artıb. I rübdə nazirliyin strukturuna daxil olan müəssisələrin gəlirləri 2,8% - 85 mln. manata qədər artıb. Bununla yanaşı, hesabat dövründə dövlət müəssisələri gəlirlər üzrə planı 104,2% yerinə yetirib”, - deyə V.Zeynalov qeyd edib.
I rübdə poçt, İKT və informasiya sektorunun gəlirləri ÜDM-in 1,9%-ni təşkil edib.
V.Zeynalov vurğulayıb ki, 2013-cü ilin I rübündə informasiya və rabitə sektoruna ümumi investisiyalar 39,8 mln. manat təşkil edib.
Cari ilin yanvar-mart aylarında nazirliyin strukturuna daxil olan müəssisələr Azərbaycanın dövlət büdcəsinə 8 mln. manat məbləğində vergi ödəyiblər. Dövlət Sosial Müdafiə Fonduna icbari sosial sığorta üzrə 3,6 mln. manat məbləğində vəsait ödənilib.
“Rabitə və informasiya sahəsində orta əmək haqqı 642 manat təşkil edir, bu isə 2012-ci il aprelin 1-nə olan göstəricidən 3,8% çoxdur. RİTN-in strukturuna daxil olan birlik və müəssisələrin əməkdaşlarının əmək haqqı 330 manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 6,4% çoxdur”, - deyə aparat rəhbəri bildirib.
2013-cü il aprelin əvvəlinə əhalinin 100 nəfərinə düşən internet istifadəçilərinin sayı orta hesabla 70, genişzolaqlı internet istifadəçilərinin sayı 50 nəfər təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət