Naxçıvan Muxtar Respublikasında (MR) hakimlər üçün “Azərbaycanda inzibati və mülki proseslərin aktual problemləri” mövzusunda seminar-müşavirə keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi məlumata görə, tədbir Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı çərçivəsində təşkil edilib.
Seminar-müşavirədə çıxış edən Naxçıvan MR Ali Məhkəməsinin sədri Ramiz Süleymanov ölkədə vətəndaş hüququ və azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatlar barədə danışıb. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev tərəfindən 2006-cı il noyabrın 2-də imzalanmış “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” fərman MR-də hüquq orqanlarının inkişafında müstəsna rol oynayıb. R.Süleymanov qeyd edib ki, ötən dövr ərzində Naxçıvan MR-də məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təşkili istiqamətində vacib addımlar atılıb.
GIZ proqramının Azərbaycan üzrə rəhbəri Tomas Melser öz çıxışında bildirib: “Hesab edirəm ki, hakimlər arasında beynəlxalq təcrübə mübadiləsi və onların əməkdaşlığı məhsuldar olacaq”.
Seminar iştirakçıları Azərbaycanda İnzibati Prosessual Məcəllənin tətbiqi ilə əlaqədar inzibati və mülki proseslərin aktual problemlərini müzakirə ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət