Maliyyə Nazirliyi 2007-2012-ci illərdə qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə 1723 lisenziya verib. Bu barədə nazirliyin saytında məlumat verilir.
Məlumatda qeyd edilir ki, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 2012-ci ilin yekunlarını müzakirə edib.
“2007-ci ildən Maliyyə Nazirliyi bu sahədə fəaliyyət göstərmək üçün 1723 lisenziya verib, bununla əlaqədar 861,250 min manat məbləğində dövlət rüsumu ödənilib. O cümlədən 2012-ci ildə 446 sahibkara lisenziya verilib. Bundan əlavə, ötən il 27 sayda lisenziyanın fəaliyyəti dayandırılıb, 15 sayda lisenziya ləğv edilib. 2012-ci ildə xüsusi razılıq (lisenziya) ilə əlaqədar 228,250 min manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib”, - deyə məlumatda bildirilir.
Lisenziyanın alınması ilə bağlı 15 fiziki və 25 hüquqi şəxs olmaqla, 40 sahibkar tərəfindən elektron xidmət vasitəsilə ərizə daxil olub.
Məlumata əsasən, xidmət 2012-ci ildə 67 sahibkarlıq fəaliyyəti subyektində dövlət əyar damğası sisteminə nəzarət üzrə yoxlamalar aparıb. Nəzarət işləri zamanı xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 415,644 min manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib, sahibkarlara yol verilmiş nöqsanlara görə 61,6 min manat məbləğində inzibati cərimə tətbiq edilib.
“Ümumilikdə 2012-ci il ərzində ekspertiza, analiz, əyarlanma və damğalanmaya görə xidmət tərəfindən 1 mln. 833 min 388,4 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib”, - deyə məlumatda bildirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət