2013-cü ilin birinci rübündə qiymətli kağızlar bazarının həcmi 1,7 mlrd. manat və ya hesabat dövrü ərzində ÜDM-in 12,9%-ni təşkil edib. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Hesabat dövrü ərzində dövlət qiymətli kağızlar bazarının bir sıra amillərin təsiri nəticəsində azalması müşahidə olunub. Eyni zamanda korporativ qiymətli kağızlar bazarı yüksək templi artım nümayiş etdirib. Ümumilikdə qiymətli kağızlar bazarının həcmi 1,7 mlrd. manat və ya hesabat dövrü ərzində ÜDM-in 12,9%-ni (qeyri-neft ÜDM-nin 25,2%-i) təşkil edib”, - deyə məlumatda qeyd olunur.
QKDK-nın məlumatına görə, korporativ qiymətli kağızlar bazarı hesabat dövründə 65% - 146,3 mln. manata qədər artıb. Səhm bazarı 2,2 dəfə - 92 mln. manata qədər, səhmlərin ilkin bazarı 2,7 dəfə, təkrar bazarı 1,9 dəfə artıb.
Hesabat rübündə özəl sektor istiqraz bazarında fəal əməliyyatlar aparıb. Nəticədə əqdlərlə əməliyyatların sayı 50%, əməliyyatların həcmi 17% - 54 mln. manata qədər artıb.
Birinci rübdə dövlət qiymətli kağızlar bazarının həcmi 42% - 1,5 mlrd. manata qədər azalıb. “Bu onunla əlaqədardır ki, 2013-cü ilin yanvar-mart aylarında Maliyyə Nazirliyi dövlət istiqrazları buraxılışını həyata keçirməyib. Mərkəzi Bank isə aşağı inflyasiya şəraitində yumşaq, stimullaşdırıcı pul siyasətini davam etdirib”, - deyə məlumatda qeyd edilir.
Bununla yanaşı, Mərkəzi Bankın notları üzrə təkrar bazar 10,8 dəfə, repo əməliyyatlarının həcmi 22,4 dəfə artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət