Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları respublikanın regionlarında və xaricdə daha intensiv fəaliyyət göstərməlidir. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev belə hesab edir.
“Azərbaycanda banklar regionlarda təmsil olunmalı və daha fəal kredit verməlidir”, - deyə M.Musayev cümə günü “Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan bankları həmçinin fəal şəkildə xarici bazarlara da çıxmalı, nümayəndəliklər və törəmə strukturlar açmalıdır. “Bu gün Azərbaycanın kredit müəssisələrinin nümayəndəlikləri və törəmə bankları Rusiya və Gürcüstanda fəaliyyət göstərir. Lakin Azərbaycan banklarının Türkiyə, Ukrayna və Qazaxıstan bazarlarına çıxmasında fayda var”, - deyə o əlavə edib.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cü ilin mart ayında təsis edilib. Hazırda 5 mindən artıq şirkət və 50 müxtəlif sahibkarlar birliyi onun üzvləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət