Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-2013-cü illər ərzində Bakı və ətraf qəsəbələrdə investisiya layihələrinin həyata keçirilməsi üçün ümumilikdə 117,3 mln. manat güzəştli kredit ayırıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir.
“2011-2013-cü illərdə SKMF-in xətti ilə Bakı və ətraf qəsəbələrdə 481 investisiya layihəsi maliyyələşdirilib”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd edilir.
Bu layihələrin həyata keçirilməsi nəticəsində 3,8 min yeni iş yeri açılıb.
SKMF cümə günü Bakının Binəqədi rayonunda “Bakı və ətraf qəsəbələrdə sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir təşkil edib.
“Tədbir çərçivəsində 23 sahibkarlıq subyektinə ümumilikdə 1,1 mln. manat məbləğində güzəştli kredit verilib. Bu kreditlər 50-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə ümumilikdə 250 mln. manat kredit verməyi planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət