Bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Mətbuat Şurasının dəstəyi ilə müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Ölkənin nüfuzu və onun formalaşmasında diasporun rolu” mövzusunda treninq keçirib.
Dövlət Komitəsinin informasiya şöbəsinin rəhbəri Elşad Mirələm qeyd edib ki, DİDK jurnalistlərlə fəal əməkdaşlıq edir.
“Bu gün biz ilk belə tədbir keçirməklə mətbuatla işimizdə yeni səhifə açırıq. Biz gələcəkdə bu istiqamətdə əməkdaşlığı genişləndirməyi planlaşdırırıq”,- deyə o vurğulayıb.
Mətbuat Şurasının sədr müavini Rəhim Hüseynzadə öz növbəsində deyib ki, jurnalistlər cəmiyyətin obyektiv məlumatlandırılmasında böyük məsuliyyət daşıyırlar. Bununla yanaşı, o, yerli KİV-lərdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini kifayət qədər işıqlandırılmamasından təəssüfləndiyini bildirib.
Yerli KİV nümayəndələri üçün treninqi tanınmış rusiyalı jurnalist, Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq və Rusiya Jurnalistlər İttifaqının üzvü Səadət Kadırova keçirib.
Sonda treninq iştirakçılarına, o cümlədən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Rasim Babayevə sertifikat və xatirə hədiyyələri təqdim edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət