"Sumqayıt Kimya Sənaye Parkı" MMC investorların cəlb edilməsi məqsədilə Tədbirlər Planı hazırlayıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Sənaye parklarının yaradılması ilə bağlı məsələlər iqtisadi inkişaf naziri Şahin Mustafayevin iştirakı ilə keçirilən müşavirədə müzakirə olunub.
"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru vəzifəsini icra edən Mehman Ağayev müşavirədə məlumat verib ki, Parka investorların cəlb edilməsi məqsədilə Tədbirlər Planı və müvafiq təqdimatlar hazırlanıb. Hazırda aparıcı şirkətlərlə danışıqlar aparılır. Danışıqlar investorların “Sumqayıt Kimya Sənaye Parkı”nda həyata keçiriləcək layihələrə marağının böyük olduğunu göstərir.
Məlumatda M.Ağayevə istinadən həmçinin bildirilir ki, Kimya Parkının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə məsləhətçi şirkət cəlb edilib və müvafiq normativ-hüquqi aktlar və sənədlər hazırlanıb.
Bundan başqa, “Sumqayıt Kimya Sənaye Parkı”nın Baş Planı tərtib olunub, tikinti-quruculuq işləri üçün tələb olunan texniki şərtlər alınıb, rezidentin uçot qeydiyyat sistemi yaradılıb.
M.Ağayevin sözlərinə görə, “Sənaye Parkına ayrılan 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilib, ərazinin əsas giriş yol qovşaqlarının, qaz xəttinin layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanıb”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Parkın ərazisində yerləşən yararsız bina və qurğuların söküntü işləri yekunlaşmaq üzrədir, ərazinin kimyəvi tullantılarla çirklənmiş sahələrinin təmizlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər davam etdirilir.
Prezident İlham Əliyev 2011-ci il dekabrın 21-də “Sumqayıt Kimya Sənaye Parkı”nın yaradılması haqqında fərman imzalayıb.
2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
“Sumqayıt Kimya Sənaye Parkı” ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
“Sumqayıt Kimya Sənaye Parkı”nın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət