2013-cü ilin I rübündə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə yatırılan ümumi investisiyalar 1,3 mln. manat təşkil edib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatında deyilir.
Hesabat dövründə keçirilmiş 15 pul və ixtisaslaşdırılmış pul hərraclarında 16 SC-nin səhmləri satılıb.
“2013-cü ilin yanvar-mart aylarında Azərbaycanda 270 kiçik dövlət müəssisəsi və obyekt, 220 torpaq sahəsi özəlləşdirilib. Bu dövr ərzində 229 qeyri-yaşayış sahəsi, 255 torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, yanvar-mart aylarında ƏMDK-nın sərəncamında olan 69 dövlət müəssisəsi və dövlətə məxsus səhmləri olan 296 səhmdar cəmiyyəti 2012-ci ilin illik balans hesabatları və inventarizasiya aktlarını təqdim edib.
I rüb ərzində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinin araşdırılmasına dair ümumilikdə 100-ə yaxın monitorinq keçirilib.
Bundan başqa, komitə 6800 dövlət müəssisə və təşkilatdan dövlət daşınmaz əmlak barədə qeydiyyat vərəqələrinin təqdim olunmasını təmin edib.
2013-cü ilin yanvar-mart aylarında 15 dövlət və qeyri-dövlət təşkilatının bina, qeyri-yaşayış və torpaq sahəsi ilə təmin edilməsi məsələsi ilə bağlı 33 təklif hazırlanıb və 1 təşkilat müvafiq bina, qeyri-yaşayış və torpaq sahələri ilə təmin olunub.
Hesabat dövründə Gəncə və Şəki ərazi idarələri inşa edilib və istifadəyə verilib. Beyləqan və Bərdə ərazi qeydiyyat idarələrinin yeni binalarının tikintisi davam edir.
Komitənin məlumatına görə, hesabat müddətində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 12 normativ hüquqi xarakterli sənəd layihəsi hazırlanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət