Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Moskvanın Şeremetyevo hava limanında “İran-Azərbaycan-Rusiya” marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb.
MTN ictimaiyyətlə əlaqələr mərkəzinin xəbər verdiyi kimi, saxlanılan şəxs 477 qram heroini 109 ədəd xüsusi bükülü halında udaraq, onları mədəsində “Tehran-Moskva” aviareysi üzrə təyyarə ilə Rusiyaya gətirib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilib, onlardan ümumilikdə 15 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
MTN əməkdaşları İran vətəndaşı və digər şəxslərlə əlbir olaraq ölkə ərazisinə qanunsuz yolla 1 kiloqram 707,61 qram qurudulmuş marixuana gətirmiş respublika vətəndaşını saxlayıblar.
Bundan başqa, MTN əməkdaşları tərəfindən narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. Ondan 6 kq 600 qram heroin, 4,82 qram tiryək, 82,16 qram həşiş qatranı və 23,3 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
MTN əməkdaşları həmçinin narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki Azərbaycan vətəndaşını saxlayıblar. Onlar İran vətəndaşı ilə əlbir olaraq İran-Azərbaycan sərhədindən qaçaqmalçılıq yolu ilə 628 qram heroin keçiriblər.
Aparılan növbəti əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşına məxsus avtomobildə İrandan ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş 9 kq 327 qram qurudulmuş marixuana və 581,5 qram heroin aşkarlanıb.
Bütün faktlarla bağlı cinayət işi açılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət