Bakı Slavyan Universitetində Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda konfrans açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbdən məlumat verilib.
Üç gün davam edəcək konfransın təşkilatçıları AMEA Humanitar və İctimai elmlər bölməsi və Bakı Slavyan Universitetidir.
Konfransda çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə elmdə yeni cərəyanın -Azərbaycanşünaslığın banisi Heydər Əliyev şəxsiyyətinin əhəmiyyətini qeyd edib.
Ali məktəbin rektoru Kamal Abdulla təbrik çıxışında BSU-nun tələbə və müəllimləri üçün konfransın rolunu qeyd edib. Rektor vurğulayıb ki, universitet birinci il deyil ki, Azərbaycanşünaslıq sahəsində iş aparır. O, Poltava, Kiyev və Minskdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılmasını uğur kimi qiymətləndirib.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç qeyd edib ki, bu gün BSU gənclərin beynəlxalq intellektual ünsiyyət meydançasına çevrilib və müxtəlif ölkələrin mədəniyyətlərinin qarşılıqlı zənginləşdirilməsi üçün mühüm rol oynayır.
Konfransın açılış mərasimi BSU əməkdaşı, “Evrovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun çıxışı ilə başa çatıb. E.Qasımov tələbə və müəllimlər adından qonaqları salamlayıb, onlar üçün “Azərbaycan” mahnısını ifa edib.
Konfransda 14 ölkədən, o cümlədən. Rusiya, Belarus, ABŞ, Türkiyə, Avstriya, Litva, Yunanıstan, Polşa, Ukrayna, Çexiya, Gürcüstan, Misir, Qazaxıstan və Bolqarıstandan 40-dan artıq qonaq iştirak edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət