Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində Böyük Vətən və Qarabağ müharibələrinin bir qrup veteranı, o cümlədən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərə “NAZ-Lifan-320” markalı minik avtomobillərinin təqdim edilməsi mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Tədbirdə çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bəyan edib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısının artmasına səbəb olub.
“Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələr inkişaf etdirilir, insanların sosial rifah halı yaxşılaşdırılır”, - deyə V.Talıbov bildirib. Onun sözlərinə görə, Azərbaycanda insanlara qayğı həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. “Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Vətən yolunda sağlamlığını itirmiş şəxslərə dövlət qayğısının artırılması da mühüm əhəmiyyət kəsb edir”, - deyə Naxçıvan MR Ali Məclisinin sədri söyləyib. O vurğulayıb ki, torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş şəxslər, müharibə veteranları digər vətəndaşlarımıza, xüsusən də gənclərimizə nümunədir. Ölkəmizdə, eləcə də muxtar respublikada bu kateqoriyadan olan insanlara yüksək dövlət qayğısı göstərilir.
“Ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi xətt ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Bu gün ölkəmizdə xalq-dövlət birliyi mövcuddur. Bu birlik də Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasında, insanların rifah halının daha da yaxşılaşdırılmasında başlıca hərəkətverici qüvvədir”, - deyə Ali Məclisin sədri qeyd edib.
O, təqdimat mərasiminin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və 9 May Qələbə bayramı ərəfəsində keçirildiyini bildirib, bu münasibətlə bütün veteranları təbrik edib və 30 veterana minik avtomobillərinin açarlarını təqdim edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət