Nəqliyyat Nazirliyi şəhərdaxili, qəsəbədaxili və qəsəbələrarası sərnişindaşıma tariflərinin artırılmasına nail olmaqda davam edəcək. Bu barədə cümə günü jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov söyləyib.
“Biz təkliflərlə (tariflərin artırılmasına dair - İF-Az) Tarif Şurasına müraciət etdik. Lakin bu təkliflər cari il üçün deyil, gələcək dövr üçün nəzərdə tutulub və bu dövrdə həmin məsələyə baxılacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda 60-a yaxın şirkət sərnişin daşınması ilə məşğul olur. Onların göstərdiyi xidmətlərin maya dəyərinin yüksək olması tariflərə yenidən baxılmasının zəruriliyini diktə edir.
“Tarif Şurasının komissiyası bu məsələyə baxacaq və məqsədəuyğun hesab edərsə, müvafiq qərar qəbul edəcək. Əgər qəbul etməsə, biz yenə də öz fikrimizdə qalacağıq”, - deyə Z.Məmmədov vurğulayıb.
Tarif Şurası aprelin 26-da şəhərdaxili, qəsəbədaxili və qəsəbələrarası xətlərdə gediş haqqının 0,2 manat səviyyəsində saxlanılması ilə bağlı qərar qəbul edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət