Bazar ertəsi Bakıda Azərbaycan və Gürcüstanın gənclər və idman nazirləri Azad Rəhimov və Levan Kipiani gənclər və idman sahələrində sazişlərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verir.
Əlaqələrin mövcud vəziyyəti, eləcə də onların genişləndirilməsi və möhkəmləndirilməsi iki nazirin görüşündə müzakirə mövzusu olub. Qeyd edilib ki, iki ölkənin sərhədyanı rayonlarının gənclərinin iştirakı ilə birgə tədbirlərin keçirilməsi ənənəsinin bərpa edilməsi faydalı ola bilər.
A.Rəhimov gürcüstanlı həmkarına “Univision” mahnı müsabiqəsi barədə danışaraq bildirib ki, bu musiqi müsabiqəsi beynəlxalq status alacaq və hazırda müsabiqədə 30-40 ölkədən nümayəndələrin iştirakı nəzərdə tutulur.
A.Rəhimov qeyd edib ki, Azərbaycanda idman sahəsində maddi-texniki baza ildən-ilə genişləndirilir, 36 olimpiya komleksi istifadəyə verilib və bu proses davam edir.
L.Kipiani söyləyib ki, Azərbaycanla əməkdaşlıq Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. Gürcüstanlı nazir birgə təlim-məşq toplantılarının, eləcə də yarışların təşkilinin iki ölkə arasında əlaqələrin genişlənməsində vacib addım ola biləcəyini deyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət