İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Yapı Kredi Bank Azərbaycan" QSC-nin fəaliyyətində antiinhisar qanunvericiliyinin pozulması faktları aşkar edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Monitorinqlər zaman "Yapı Kredi Bank Azərbaycan" QSC-yə məxsus bukletdə "Worldcard" kredit kartı vasitəsilə worldcard embleminə təsadüf etdiyiniz bütün alış-veriş yerlərində faizsiz və ən müvafiq şərtlərlə hissə-hissə alış-veriş edə bilərsiniz" məzmunlu reklam xarakterli məlumatların verildiyi müəyyən edilib.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən toplanmış materialların araşdırılması zamanı "Worldcard" kredit kartı vasitəsilə satış əməliyyatları aparan üzv ticarət obyektlərinin məxsus olduğu təsərrüfat subyektləri ilə "Yapı Kredi Bank Azərbaycan" QSC arasında bağlanmış müqavilələrdə kreditin qaytarılma müddətindən asılı olaraq 2,4%-dən 8,1%-dək faiz ödənilməsi nəzərdə tutulduğu müəyyən edilib. Eyni zamanda, müqavilədə "Worldcard" kredit kartı vasitəsilə aparılan satış zamanı istehlakçılara verilən sənədin üzərində malın dəyəri, faiz və ümumi məbləğin ayrı-ayrılıqda göstərilməli olduğu halda, sənəddə yalnız ümumi məbləğin göstərildiyi aşkar edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, üzv ticarət obyektləri tərəfindən istehlakçılara "Worldcard" kredit kartı vasitəsilə mallar satıldıqda, malın qiymətinin üzərinə ödəniş müddətinə uyğun faizlər əlavə edildiyi müəyyən edilib.
Qeyd olunanlar istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəbolma əlamətləri olduğu üçün "Yapı Kredi Bank Azərbaycan" QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara kreditlə faizsiz alış-veriş edilməsi barədə edilən reklamlarda diqqətli olmağı, bu xidmətləri təklif edən təsərrüfat subyektləri tərəfindən müəyyən edilmiş xidmət şərtləri ilə daha yaxından tanış olmağı tövsiyə edir.
“Yapi Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın adının dəyişdirilməsi 2006-cı il oktyabrın 2-də Türkiyənin iki bankının - “Kocbank” və “YapiKredi”nin birləşməsi ilə əlaqədar baş verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət