Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti daşınmaz əmlakın icbari sığortasının təşviqatı məqsədilə 2013-cü il iyunun sonuna kimi respublikanın 21 şəhər və rayonunda görüşlər təşkil etməyi planlaşdırır. Bu barədə DSNX-nin məlumatında deyilir.
Bu görüşlər cari ilin may-iyun aylarında baş tutacaq. İlk görüş mayın 20-də yerli icra hakimiyyəti orqanları, dövlət qurumları və büdcə təşkilatlarının nümayəndələri, eləcə də əhalinin iştirakı ilə keçiriləcək.
“Görüşlərin məqsədi regionlarda daşınmaz əmlakın icbari sığortası sahəsində təşviqat və maarifləndirmə işlərinin aparılmasıdır”, - deyə məlumatda vurğulanır.
Bu görüşlər 2011-ci il iyunun 24-də qəbul edilmiş “İcbari sığortalar haqqında" qanunun maddələrinin icrasının təmin edilməsi məqsədilə keçirilir. Qanun hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, icbari qaydada sığortalanmasını nəzərdə tutur.
Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanda sığortaçılar daşınmaz əmlakın icbari sığortası üzrə 125,195 min müqavilə imzalayıblar. Bu növ üzrə sığorta haqları 11 mln. 392,973 min manat təşkil edib.
2013-cü ilin yanvar-aprel aylarında sığortaçıların bu sığorta növü üzrə 31,425 min müqavilə çərçivəsində sığorta haqları 3 mln. 713,549 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət