SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Türkiyənin İzmir şəhərində “STAR” neft emalı zavodunun (NEZ) inşasını həyata keçirəcək konsorsiumla saziş imzalayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Xəbər verildiyi kimi, “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansı “STAR” NEZ-in tikintisi üzrə elan edilmiş tenderin qalibi olub.
Sənədi ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi, “Petkim” neft-kimya holdinqinin idarə heyətinin sədri Vaqif Əliyev, “SOCAR Turkey” şirkətinin icraçı direktoru Kənan Yavuz, konsorsiumun lideri olan İspaniyanın “Tecnicas Reunidas” şirkətinin baş katibi Xose Pedro Sebastian De Erice, həmin şirkətin inkişaf üzrə baş direktoru Enrike Alsina Massan və konsorsiuma daxil olan “Saipem”, “GS Engineering” və “İtochu” şirkətlərinin səlahiyyətli nümayəndələri imzalayıblar.
K.Yavuz bildirib ki, ildə 10 mln. ton neft istehsalı gücünə malik olacaq “STAR” zavodu sazişin imzalanmasından 51 ay sonra fəaliyyətə başlayacaq. Zavodda “Ural”, “Azəri Light” və “Kərkük” kimi neft markaları emal ediləcək.
Xəbər verildiyi kimi, SOCAR 2011-ci il oktyabrın 25-də İzmir şəhərində layihə dəyəri $5,5 mlrd. təşkil edən NEZ-in təməlini qoyub. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviakerosin, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət